“Daşlı Bulaq” qlobal kosmik tədbirin dəstəkçisidir

Hit: 439
“Daşlı Bulaq” qlobal kosmik tədbirin dəstəkçisidir
“Daşlı Bulaq” markası “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı ilə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin su təminatçısı olub.
 
Agentlik və şirkətlər arasında ABŞ-nin “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentlikləri,
SpaceX və “AIRBUS” şirkətləri, Hindistanın kosmik agentliyi “ISRO” və digər qurumlar və müxtəlif ölkələrdən şirkət və agentliklər iştirak edib. 
 
“Azərsun Holdinq”ə məxsus “Daşlı Bulaq” markası 2-6 oktyabr tarixlərində Bakıda keçirilən tədbir çərçivəsində iştirakçılarının su ehtiyacları təmin edib.
 
Həmçinin tədbir məkanında yaradılmış istirahət və yemək zonasında şirkətlər qrupunun istehsalı olan “Daşlı Bulaq” markasının satışı həyata keçirilib.
 
“Daşlı Bulaq” suyu dağ zirvəsində təbii daşlardan süzülərək gələn, təbiətdə nadir hallarda təsadüf olunan təbii filtrasiyalı mineral süfrə suyudur. Adıçəkilən suyun mənbəyi Azərbaycan Respublikasının Kiçik Qafqaz dağları ərazisinin Gədəbəy bölgəsində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dağ zirvəsində yerləşir.
 








Redaktorun seçimi