Xocavənddəki terrorda 4 polis həlak olub - ADLAR

Hit: 1072
Xocavənddəki terrorda 4 polis həlak olub - ADLAR
Ötən gecə DİN-in 4 əməkdaşı terror aktı nəticəsində həlak olub.
 
Faktor.az xəbər verir ki, Baş Prokurorluq, DİN və DTX-nin birgə məlumatında onların erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olması bildirilib.
 
Belə ki, polislər erməni terrorçularının törətdiyi diversiya aktı nəticəsində AAYDA əməkdaşlarının həlak olduğu qəza yerinə gedərkən digər minaya düşüblər.
 
Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
 
Faktla DTX-nin İstintaq Baş İdarəsində cinayət işi başlanıb.








Redaktorun seçimi