Şəkidə yük maşını qatar yoluna çıxdı - qəza baş verdi

Hit: 915
Şəkidə yük maşını qatar yoluna çıxdı - qəza baş verdi
Şəkidə qatar yük maşınını vurub. Hadisə səhər saatıarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Hərəkətdə olan qatarın yoluna çıxan Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı yük maşını qəzaya səbəb olub.
 
Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
Azərbaycan Dəmir Yollarından Avtosfer.az-a bildirilib ki, “Yol hərəkəti haqqında” qanunun 44-cü bəndinə əsasən, sürücülər dəmiryol keçidlərinə yaxınlaşarkən xəbərdarlıq nişanlarına riayət etməli, keçidə 10 m qalmış avtomobili saxlamalı, qatarın yaxınlaşmadığına əmin olmalı, yalnız bundan sonra hərəkət etməlidirlər. Qanunun tələblərinə riayət etməyərək dəmiryol keçidlərinə qəfil keçmə hallarında maşinist tərəfindən səs siqnalları verilərək tormozlanma aparılsa da, bu kimi hallar qaçılmaz olur.
 








Redaktorun seçimi