Yelo Bank-da Qadınlar Gününə həsr olunmuş caz konserti keçirildi - FOTOLAR

Hit: 643
Yelo Bank-da Qadınlar Gününə həsr olunmuş caz konserti keçirildi - FOTOLAR
Yelo Bank-da 8 Mart Qadınlar günü münasibətilə tanınmış ifaçı, bəstəkar Şahin Növrəslinin xanımlara hərs olunmuş “Jazzibədar” adlı konserti baş tutub. Tədbir başlamazdan öncə Bankın İdarə Heyətinin sədr müavini Günay Cəlilova qonaqları salamlayaraq gecənin əsas səbəbkarları olan xanımların cəmiyyətimizin həyatında əvəzsiz rolundan bəhs etdi.
 
Konsertdə Növrəsli trio ənənəvi və müasir caz səslərinin unikal sintezini ifa etdi. Hər bir musiqi öz sehrli ab-havası ilə bütün cazsevərlərə valehedici təcrübə yaşadıb. Xüsusilə Vaqif Mustafazadənin “Fantaziya”sı ilə yekunlaşan canlı ifa gecənin ən yaddaqalan hissəsi oldu. Qonaqları təəccübləndirən digər əsas isə məqam konsert kimi böyük tədbirin məhz Bankın ərazisində keçirilməsidir. Yelo Bank-ın baş ofisi 400 nəfərlik böyük tədbir zalına sahibdir. Burada film nümayişi, müxtəlif tanınmış şəxslərin çıxışları və başqa mühüm tədbirlər həyata keçirilir. 
 
Qeyd edək ki, konsert Yelo Bank və Cult Baku Club platformasının təşkilatçılığı ilə keçirilib.
1
1








Redaktorun seçimi