Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb - VİDEO

Hit: 1943
Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb - VİDEO
“Zəlzələ 7,7 bal gücündə baş verib, dərinliyi 7 km olub”.
 
Faktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Halların İdarə Edilməsi Agentliyində (AFAD) keçirdiyi brifinqdə bildirib.
 
Onun sözlərinə görə, zəlzələ nəticəsində 912 nəfər həlak olub, 5385 nəfər xəsarət alıb.
 
Bununla yanaşı 2470 nəfər dağıntılar altından çıxarılıb, 2818 bina dağılıb.
 
Ölkə başçısı ölü və yaralı sayının artacağını istisna etməyib.








Redaktorun seçimi