Jurnalistin atasının maşını qarət edildi - FOTOLAR

Hit: 1533
Jurnalistin atasının maşını qarət edildi - FOTOLAR
Sumqayıt şəhərində "Hyundai" markalı avtomobilin şüşəsi sındılaraq nəqliyyat vasitəsinin salonundan oğurluq edilib.
 
Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
 
Belə ki, naməlum şəxs və ya şəxslər sürücü Vaqif Vəliyevin park etdiyi nəqliyyat vasitəsinin əvvəlcə şüşəsini sındırıb, sonra isə oğurluq ediblər.
 
Məlumata görə, naməlum şəxslər avtomobildən içərisində, təxminən 1 500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqələri və digər sənədlər olan əl çantasını oğurlayıblar.
 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
 
Qeyd edək ki, avtomobilin sürücüsü V.Vəliyev Füzuli Dövlət Dram Teatrının direktorudur. O, Əməkdar mədəniyyət işçisidir, avtomobil isə teatra məxsusdur.
 
V.Vəliyev Azərbaycan Televiziyasının (AzTV) aparıcısı, jurnalist Səbuhi Vaqifoğlunun atasıdır.

Report
1
1
1
1
1
1








Redaktorun seçimi