Heydər Əliyev prospektində qəza olub, ölən var
Yol polisi Heydər Əliyev prospektində baş verən qəza barədə məlumat açıqlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, mayor Araz Əsgərli APA-ya açıqlamasında bildirib ki, ərazidə yol-nəqliyyat hadisəsi zamanı bir qadın dünyasını dəyişib: “Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə yaxınlaşıblar. İlkin istintaq hərəkətlərini aparırlar. Araşdırmanın nəticəsinə uyğun olaraq ölən şəxsin barəsində məlumat veriləcək. Yolda artıq hərəkət tənzimlənib”.