AFB Bank X Beynəlxalq Bankçılıq Forumunda təmsil olunub
24–25 noyabr tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, AFB Bank-ın rəsmi tərəfdaşı olduğu X Beynəlxalq Bankçılıq Forumu maliyyə və bank sektorunun aparıcı nümayəndələrini bir araya gətirərək sektorun gələcəyi, innovasiyalar və rəqəmsal transformasiya istiqamətində mühüm müzakirələrə ev sahibliyi edib.
Forumda AFB Bank-ı İT üzrə məsul rəhbəri (CİO) Samir Babaşov təmsil edib. Həmkarımız “Technology, People and Artificial Intelligence” mövzusunda keçirilən panel sessiyasında spiker qismində çıxış edərək texnologiya, insan kapitalı və süni intellektin bank sektorunun inkişafındakı roluna dair müzakirələrə qoşulub və AFB Bankın təcrübələrini paylaşıb.
Ölkənin aparıcı banklarının rəhbər və nümayəndələrinin iştirak etdiyi belə nüfuzlu platformada AFB Bank-ın spiker səviyyəsində təmsil olunması Bankımızın sektordakı mövqeyinin, texnoloji inkişaf və innovasiyalara verdiyi önəmin göstəricisidir.


































































