Yevlaxda növbəti küçəyə yeni asfalt örtüyü salınır

Hit: 192
Yevlaxda növbəti küçəyə yeni asfalt örtüyü salınır
Yevlax şəhərində yol infrastrukturunun yaxşılaşdırılması, küçələrin müasir standartlara uyğun yenidən qurulması istiqamətində həyata keçirilən işlər davam etdirilir.
 
Hazırda Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Elçin Ağayevin adını daşıyan küçəyə yeni asfalt örtüyünün salınması işləri aparılır.  Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü İlham Məmmədov görülən işlərlə yerində tanış olublar. Tanışlıq zamanı küçədə aparılan asfaltlanma işlərinin mövcud vəziyyəti barədə məlumat verilib, prosesin keyfiyyətlə və müəyyən edilmiş tələblərə uyğun həyata keçirilməsinin vacibliyi vurğulanıb. 
 
Bu cür abadlıq və quruculuq tədbirləri şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, yol infrastrukturunun və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. 






Redaktorun seçimi