Marsol Expo-nun təşkilatçılığı ilə Marsol Group partnyorları arasında görüş keçirilib

Hit: 211
Marsol Expo-nun təşkilatçılığı ilə Marsol Group partnyorları arasında görüş keçirilib
Sahibkarlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
 
Görüş zamanı həmçinin 23-26 iyun tarixlərində baş tutacaq 8-ci “Yerli şirkətlərin tanıtım sərgisi“ haqqında ətraflı məlumat verilib.
 
Qeyd edək ki, 300-dən çox yerli şirkətin iştirakı ilə 23-26 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.






Redaktorun seçimi