TABIA Group “Peşə Təhsili Forumu 2026”da təmsil olunub
18 noyabr tarixində Bakıda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsilinin 10 illik yubileyinə həsr olunmuş “Peşə Təhsili Forumu 2026” keçirilib. Forumda TABIA Group adından Əməliyyatlar üzrə baş direktor Eldar Əlimuradov iştirak edib.
Forum çərçivəsində peşə təhsilinin inkişaf perspektivləri, əmək bazarının dəyişən tələbləri, ixtisaslı kadr hazırlığı və özəl sektorla əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
TABIA Group fəaliyyət göstərdiyi turizm və qonaqpərvərlik sektorunun davamlı inkişafında peşəkar insan kapitalının mühüm rolunu nəzərə alır.
"İnanırıq ki, təhsil müəssisələri ilə biznes sektoru arasında effektiv əməkdaşlıq xidmət keyfiyyətinin yüksəldilməsinə, gənc mütəxəssislərin praktiki bilik və bacarıqlarının inkişafına, eləcə də sektorun gələcək kadr potensialının formalaşmasına töhfə verir".


































































