Zurnabad kəndinə aparan yolda asfalt örtüyü salınır

Hit: 218
Zurnabad kəndinə aparan yolda asfalt örtüyü salınır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2 min nəfərdən çox əhalinin yaşadığı yaşayış məntəqələrini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri çərçivəsində Zurnabad kəndinə gedən yolun asfaltlanması aparılır.
 
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı sözügedən yolda aparılan işlərə baxış keçirərək görülən işlərin gedişi və mövcud vəziyyətlə yerində tanış olub. Baxış zamanı asfalt örtüyünün salınması prosesi, işlərin həcmi və keyfiyyəti nəzərdən keçirilib. Aidiyyəti məsul şəxslərə işlərin “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun, yüksək keyfiyyətlə və müəyyən olunmuş müddətlərdə başa çatdırılması barədə müvafiq tapşırıqlar verilib.
 
Yerli sakinlər görülən işlərdən razılıq ifadə edərək, kəndə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, aparılan yol infrastrukturu işləri sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına mühüm töhfə verəcək






Redaktorun seçimi