Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib

Hit: 191
Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin, ölkələrimizin rəhbərlərinin qarşılıqlı etimada əsaslanan əlaqələrinin strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Energetikanın ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olduğu qeyd edilərək neft, qaz, elektrik enerjisi və tranzit sahələrində birgə fəaliyyətin nəticələrindən bəhs olunub. Birgə həyata keçirilən layihələrin ölkələrimizin və regionun enerji təhlükəsizliyindəki rolu, SOCAR-ın Gürcüstandakı fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrə töhfələri qeyd edilib. Enerji layihələrinin əhəmiyyətinin iki ölkənin hüdudlarından kənara çıxdığı, regional bağlantıların genişləndirilməsinə xidmət etdiyi bildirilib. Son dövrdə imzalanmış sazişlərin enerji əməkdaşlığını daha da gücləndirəcəyinə inam ifadə edilib.
 
Görüşdə iki ölkənin elektrik enerjisi sistemlərinin paralel iş rejimləri və qarşılıqlı enerji mübadiləsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerji dəhlizləri və Avropa ilə enerji bağlantılarının inkişafı üzrə əməkdaşlığın perspektivlərinə də toxunulub.






Redaktorun seçimi