SOCAR Midstream-də biznesin fasiləsizliyi məsələləri müzakirə olunub

Hit: 221
SOCAR Midstream-də biznesin fasiləsizliyi məsələləri müzakirə olunub

“SOCAR Midstream Operations” MMC-nin rəhbər heyəti üçün SGS şirkətinin ISO 22301 üzrə aparıcı auditoru Asif Əmirsultanovun təqdimatında “Biznesin fasiləsizliyinin idarə edilməsi” mövzusunda təlim keçirilib.

Təlim iştirakçıların biznesin fasiləsizliyinin planlaşdırılması, biznesə təsirlərin təhlili və effektiv cavab strategiyaları üzrə biliklərinin artırılmasına mühüm töhfə verib. Eyni zamanda, şirkətin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsinə, kritik əməliyyatlarının təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsinə xidmət edib.







Redaktorun seçimi