İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir olub

Hit: 181
İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir olub
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin ofisi, İstanbul Anadolu Yakası Sənaye Zonası (İAYOSB) və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycanın İstanbulda Baş Konsulluğunun iştirakı ilə ölkəmizin investisiya imkanlarına dair tədbir keçirilib. Tədbirdə Türkiyənin müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.
 
İqtisadiyyat Nazirliyindən Faktor.az-a bildirilib ki, “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda keçirilən tədbirdə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib, bu mövzuda təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Tədbir çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev İAYOSB-nin İdarə Heyətinin sədri Murat Çökmez ilə görüşüb. Görüşdə birgə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.






Redaktorun seçimi