Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

Hit: 194
Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumların oktyabrın 2-15-də icra etdiyi əməliyyatlara dair məlumat yayıb.
 
ANAMA-dan Faktor.az-a bildirilib ki, hesabat dövründə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları ərazisində əməliyyatlar aparılıb. Nəticədə 152 piyadaəleyhinə, 33 tankəleyhinə mina və 1343 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1459,5 hektar ərazi mina və PHS-dən təmizlənib.






Redaktorun seçimi