“PAŞA Həyat Sığorta” və “TABIA Group” sağlamlıq və rifah sahəsində əməkdaşlığa başlayır

Hit: 626
“PAŞA Həyat Sığorta” və “TABIA Group” sağlamlıq və rifah sahəsində əməkdaşlığa başlayır
“PAŞA Həyat Sığorta” və “TABIA Group” arasında sağlam həyat tərzinin təşviqi, müştərilər üçün yeni xidmət imkanlarının yaradılması və wellness sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
 
Əməkdaşlıq “PAŞA Həyat Sığorta”nın strateji istiqamətlərindən olan uzunömürlülük (longevity), fiziki və mental sağlamlıq konsepsiyalarını “TABIA Group”un sağlamlıq, istirahət və qonaqpərvərlik sahəsindəki imkanları ilə birləşdirməyi hədəfləyir.
 
Memorandum çərçivəsində müştərilər üçün xüsusi sağlamlıq və istirahət paketlərinin hazırlanması, seçilmiş həyat sığortası məhsullarına əlavə üstünlüklərin inteqrasiyası və sağlam həyat tərzini təşviq edən birgə layihələrin reallaşdırılması nəzərdə tutulur.
 
Tərəfdaşlıq müştəri təcrübəsinin zənginləşdirilməsinə, fərdiləşdirilmiş xidmətlərin inkişafına və Azərbaycanda sağlamlıq turizminin təşviqinə töhfə verməyi hədəfləyir.
Hər iki şirkətin rəhbər heyətinin və nümayəndələrinin iştirakı ilə keçirilən imzalanma mərasimində əməkdaşlığın əsas istiqamətləri və gələcək perspektivləri müzakirə olunub.






Redaktorun seçimi