Elvin Paşayev səyyar qəbul keçirib

Hit: 168
Elvin Paşayev səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qax şəhəri, Hürü Tağıyeva küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli yaşayış binasının həyətində sakinlərlə görüşüb.
 
Görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
 
Sakinlərlə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.
Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/ platformasından istifadə etmək tövsiyə olunmuşdur.
Səyyar görüşdə sakinlər tərəfindən binanın həyətinə içməli suyun çəkilməsi və mərasim evinin tikilməsi, şəhərdaxili marşurut xəttinin binaya yaxın ərazidən hərəkətinin təmin edilməsi və  digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
 
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.






Redaktorun seçimi