Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Hit: 181
Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 50 nəfər yollayışla təmin olunub.
 
Yollayış əsasında onlar tibbi göstərişlərinə uyğun olaraq sanatoriya-kurort mərkəzinə yola salınıblar.
 
Şəhid ailələrinin üzvləri və əlilliyi olan şəxslərdən ibarət olan həmin şəxslər  Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcək. 
 
Əlilliyi olan uşaqlar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər sanatoriya-kurort mərkəzinə müşayiətçiləri ilə birlikdə göndəriliblər.
 
Agentlik tərəfindən son 6 ildə şəhid ailələri də daxil olmaqla, ümumilikdə 17 minə yaxın imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
 






Redaktorun seçimi