ADRA-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Hit: 158
ADRA-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov Zəfər Gününün Azərbaycan xalqının milli birliyinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin təcəssümü olduğunu bildirib. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılıb, torpaqlarımız işğaldan azad edilib.
 
Sədr ADRA kollektivində Vətən müharibəsi və antiterror əməliyyatları iştirakçılarının, eləcə də şəhid ailəsi nümayəndəsinin olmasının xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayaraq, onların fədakarlığının hər kəs üçün örnək olduğunu diqqətə çatdırıb.
 
Daha sonra Agentliyin Aparat rəhbəri Nahid Qasımov çıxış edərək tarixi Qələbənin əldə olunmasında şəhidlərin, qazilərin və Azərbaycan əsgərinin misilsiz xidmətlərini ehtiramla yad edib. O bildirib ki, hazırda ADRA-da 19 Vətən müharibəsi iştirakçısının və 2 antiterror əməliyyatı iştirakçısının çalışması kollektiv üçün qürur mənbəyidir.
 
Tədbirdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə, Böyük Qayıdış prosesinə də toxunulub. Qeyd edilib ki, Dövlət Reklam Agentliyi Şuşa, İsa Bulaği, Kəlbəcər və digər azad edilmiş ərazilərdə reklam və məlumatlandırma infrastrukturu, istiqamətləndirici lövhələrin təşkili istiqamətində həyata keçirdiyi layihələrlə bu prosesə töhfə verir.
 
Tədbirin sonunda əməkdaşlara Vətən müharibəsindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.






Redaktorun seçimi