ADNSU-da daha bir əcnəbi doktorantın dissertasiya müdafiəsi keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) FD 2.03 Dissertasiya Şurasında Rusiya Federasiyasının vətəndaşı, Neft-qaz Elmi-Tədqiqat Layihə İnstitutunun doktorantı və “Halliburton” şirkətinin Avropa və MDB ölkələri üzrə biznesin inkişafı meneceri Şovqenov Əhməd Doletbiyeviçin fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin əsas müdafiəsi keçirilib.
Dissertasiya işi 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə təqdim olunub. “İşçi maddələrin sınaqdan keçirilməsinin müasir metodlarına əsaslanaraq quyuların dib zonasının izolyasiyası və möhkəmləndirilməsi üçün yeni metodların hazırlanması və tətbiqi” mövzusuna həsr olunmuşdur.
Qeyd edək ki, Şovqenov Əhməd Doletbiyeviç müxtəlif dövrlərdə “Schlumberger” və “Halliburton International Inc.” kimi beynəlxalq şirkətlərdə çalışıb. O, magistratura təhsilini Böyük Britaniyanın York Universitetində alıb.
Dissertasiya müdafiəsi ADNSU-nun neft-qaz sənayesi üzrə elmi kadrların hazırlanması və beynəlxalq elmi əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətinin növbəti nümunəsidir.


































































