Böyük Qayıdış proqramı çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib

Hit: 166
Böyük Qayıdış proqramı çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib
Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən ekoloji məsuliyyətin artırılması və ətraf mühitin mühafizəsinə marağın gücləndirilməsi məqsədilə Laçın və Zəngilan rayonlarında növbəti maarifləndirici görüşlər keçirilib.
 
Zəngilan rayonunun Ağalı kənd və Laçın rayonunun Sus kənd tam orta məktəblərində təşkil olunan görüşlərdə şagirdlərə tullantıların düzgün idarə edilməsi, atmosfer havasının mühafizəsi və biomüxtəlifliyin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
 
Həmçinin ekoloji tarazlığın qorunması, şəhərsalma prosesində yaşıllıq sahələrinin nəzərə alınması və yaşayış məntəqələrinin ekoloji prinsiplər əsasında inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
 
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlərdə məktəblilərlə interaktiv fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi