Şəhid polkovnik-leytenant Nail Orucovun xatirəsi ehtiramla yad edilib

Hit: 167
Şəhid polkovnik-leytenant Nail Orucovun xatirəsi ehtiramla yad edilib
Azərbaycan Respublikasında qeyd olunan möhtəşəm Zəfər bayramı ilə əlaqədar  Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi tərəfindən silsilə tədbirlər davam etdirilir.
 
Tədbirlər planına uyğun olaraq, bir qrup şəxsi heyət fakültənin V kurs kursantı, Ruslan Orucovun atası – Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Rəfail oğlu Orucovun  Astara rayonunda anım tədbirində iştirak edib. Ziyarət zamanı məzarüstü abidənin önünə tər güllər düzülüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad edilib. 
 
Anım tədbiri çərçivəsində nümayəndə heyəti şəhid Nail Orucovun ev muzeyini də ziyarət edib. Muzeydə şəhidin keçdiyi şərəfli döyüş və həyat yolu, həmçinin hərbi xidmətdəki nümunəvi fəaliyyəti haqqında geniş məlumat verilib. Görüş zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb.
 
Qeyd olunub ki, Vətən uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızın unudulmaz xatirəsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənc hərbi qulluqçuların və kursantların qəlbində əbədi yaşayacaq, gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olacaq.






Redaktorun seçimi