Aqrar Sığorta Fondunda əməkdaşlar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Hit: 209
Aqrar Sığorta Fondunda əməkdaşlar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Aqrar Sığorta Fondunun əməkdaşları üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib.
 
Təlim Fondun İdarə Heyəti sədrinin müşaviri Şahin Hüseynli tərəfindən aparılıb. Təlimin əsas məqsədi əməkdaşların informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması, rəqəmsal mühitdə yarana biləcək təhlükələr barədə məlumatlandırılması və mümkün kiberhücumlara qarşı mühafizə bacarıqlarının gücləndirilməsi olub.
Təlim çərçivəsində e-poçt vasitəsilə həyata keçirilən kiberhücumların əsas əlamətləri və onlardan qorunma üsulları, saxta hesabların aşkarlanması və bu cür hesablarla bağlı risklər ətraflı izah edilib.
 
Bununla yanaşı, iş kompüterlərində WhatsApp Web-dən istifadə zamanı diqqət edilməli məqamlar, xarici şəbəkələrə qoşulma və VPN-dən istifadə qaydaları, şəxsi məlumatların qorunması, elektron yazışmalar zamanı informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının əhəmiyyəti müzakirə edilib.
Təlim zamanı həmçinin kibertəhlükəsizlik qaydalarına əməl edilməməsinin yarada biləcəyi risklər, o cümlədən məlumatların sızması və cihazların zərərli proqramlarla yoluxmasının mümkün nəticələri barədə məlumat verilib.
 
Belə təlimlərin keçirilməsi əməkdaşların kibertəhlükələrə qarşı məlumatlılığının artırılmasına, iş prosesində informasiya təhlükəsizliyi qaydalarına daha məsuliyyətlə yanaşılmasına və Fondun informasiya resurslarının qorunmasına töhfə verir.






Redaktorun seçimi