ArchiCO Engineering Company və Doppelmayr arasında görüş keçirilib
“ArchiCO Engineering Company”də Doppelmayr şirkətinin MDB ölkələri üzrə departament rəhbəri Valery Yashin ilə işgüzar görüş baş tutub.
Görüşün əsas məqsədi tərəflər arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin gedişatını nəzərdən keçirmək, cari məsələləri müzakirə etmək və qarşıdakı mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək olub.
Müzakirələr zamanı davam edən layihələrin icra vəziyyəti, texniki və təşkilati məsələlər, eləcə də növbəti mərhələlərdə nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər layihələrin müəyyən edilmiş hədəflərə uyğun şəkildə irəliləməsi, qarşılıqlı koordinasiyanın gücləndirilməsi və əməkdaşlığın davamlı inkişafı istiqamətində müzakirələr aparıblar.
Doppelmayr ilə uzunmüddətli tərəfdaşlıq “ArchiCO Engineering Company”nin dağ infrastrukturu və kanat yolları sahəsində həyata keçirdiyi layihələrin inkişafında mühüm əhəmiyyət daşıyır.





































































