Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, 7-ci sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən fiziki şəxs Cavadlı Cəfər Zabit oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin antisanitar şəraitdə, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı müəyyən edilib.
Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.



































































