ASA rəhbərliyi 12-ci Mikromaliyyə Konfransında iştirak edib

Hit: 171
ASA rəhbərliyi 12-ci Mikromaliyyə Konfransında iştirak edib
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə və Azərbaycan Sığortaçılar Assosiasiyası da daxil olmaqla digər maliyyə assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” 12-ci AMFA Konfransı keçirilib.
 
ASA-nın İcraçı direktoru Abas Miskərlinin başçılıq etdiyi nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, bank və bank olmayan maliyyə təşkilatları, sığorta şirkətləri, o cümlədən dünyanın müxtəlif ölkələrindən maliyyə mütəxəssisləri də iştirak ediblər.
ASA-nın İcraçı direktoru Abas Miskərli tədbir çərçivəsində təşkil olunmuş “Maliyyəyə çıxış imkanları: investorların və sığorta şirkətlərinin rolu” mövzusuna həsr olunmuş paneldə spiker olaraq çıxış edib.
 
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının fəaliyyətə başlamasının 25-ci ildönümü münasibətilə ASA və digər maliyyə assosiasiyaları adından AMFA rəhbərliyinə xüsusi plaket təqdim olunub.






Redaktorun seçimi