Zurnabad kəndində körpünün təmir-tikinti işləri aparılır

Hit: 194
Zurnabad kəndində körpünün təmir-tikinti işləri aparılır
Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2 min nəfərdən çox əhalinin yaşadığı yaşayış məntəqələrini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri işləri çərçivəsində Göygöl–Zurnabad istiqamətində körpünün tikintisi həyata keçirilir. Hazırda uzunluğu 15 metr, eni 8 metr olan, bir aşırımlı körpünün inşası üzrə işlər davam etdirilir.
 
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tikinti ərazisinə baxış keçirərək görülən işlərin mövcud vəziyyəti ilə tanış olub. Bildirilib ki,  avtomobil yolunun və körpünün yenidən qurulması ərazidə yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edəcək. Bu layihələr ölkəmizdə yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin növbəti təzahürüdür.






Redaktorun seçimi