Startaplara dövlət satınalmalarında 20 faizlik qiymət güzəşti tətbiq ediləcək

Hit: 168
Startaplara dövlət satınalmalarında 20 faizlik qiymət güzəşti tətbiq ediləcək
Yeni qanunvericilik dəyişikliklərinə əsasən, dövlət satınalmalarında startaplara və texnopark rezidentlərinə 20 faizlik qiymət güzəşti tətbiq ediləcək.
 
Faktor.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov media brifinqində deyib.
 
Fərid Osmanov qeyd edib ki, qanunvericilik yenilikləri startapların bazara çıxış imkanlarının genişləndirilməsini, innovasiya fəaliyyətinin stimullaşdırılmasını və ölkənin rəqəmsal texnologiyalar mərkəzi kimi inkişafını dəstəkləyir.






Redaktorun seçimi