BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
Bakı Dövlət Universiteti (BDU) Təhsil Tələbə Krediti Fondu tərəfindən təqdim olunan geriödəmə güzəştlərindən yararlanan tələbələrin sayına görə ali təhsil müəssisələri arasında birinci yerdə qərarlaşıb.
BDU-nun 225 tələbəsi təhsil tələbə kreditinin geriödənilməsi üzrə 25% və 50% güzəşt əldə edib.
Qeyd edək ki, yüksək akademik göstəricilərə malik tələbələr müəyyən edilmiş şərtlər əsasında təhsil tələbə kreditinin geriödənilməsi zamanı 25% və 50% güzəştdən yararlana bilirlər.
Bu göstərici BDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də dövlətin gənclərə göstərdiyi sosial-maddi dəstək mexanizmlərindən maksimum səmərəli istifadə olunmasının bariz nümunəsidir.




































































