Dövlət Gömrük Komitəsində müşavirə keçirilib

Hit: 154
Dövlət Gömrük Komitəsində müşavirə keçirilib
Dövlət Gömrük Komitəsinin 2026-cı ilin 9 ayı ərzindəki fəaliyyətinin nəticələrinə həsr olunan müşavirə keçirilib.
 
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov gömrük sisteminin müasir çağırışlara uyğun şəkildə qurulması, ölkəmizin ixrac və tranzit potensialının artırılması məqsədilə prosedurların optimallaşdırılması, rəqəmsallaşmanın və süni intellektin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıb, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, məmnunluğun artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
 
Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov 2026-cı ilin 9 ayı ərzindəki fəaliyyətin göstəricilərinə dair, Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fuad Aslanov “Rəqəmsal gömrük: müasir çağırışlar” mövzusunda, Gömrük Siyasəti Baş İdarəsinin rəisi Rövşən Namazov “Fəaliyyətin Elektron Hesabatlılıq Sistemi” barədə təqdimatlarla çıxış ediblər.






Redaktorun seçimi