“PAŞA Kapital İnvestisiya Şirkəti” yeni Memorandum imzaladı
“PAŞA Kapital İnvestisiya Şirkəti” və “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov imzalayıblar.
Memorandum çərçivəsində ölkədə maliyyə savadlılığının artırılması, investisiya mədəniyyətinin təşviqi və innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində birgə fəaliyyətlərin icrası nəzərdə tutulur.
Bu məqsədlə qarşılıqlı əməkdaşlıq əsasında geniş ictimaiyyət üçün təlimlər, seminarlar, ustad dərsləri və mentorluq proqramları təşkil ediləcək.



































































