Ağdaş Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Ağdaş Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın payız-qış mövsümünə hazırlıqla əlaqədar iclası keçirilib.
İclasda Şura üzvləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə gündəlikdə duran məsələlər barədə məlumat verib, mövsümə hazırlığın səmərəli təşkili və fasiləsiz təminatın vacibliyini vurğulayıb.
İclasda aidiyyəti qurum rəhbərləri tərəfindən payız-qış mövsümünə hazırlıq çərçivəsində əhalinin təbii qaz və elektrik enerjisi ilə təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Müzakirələrin yekununda payız-qış mövsümünə hazırlıq işlərinin nəzarətdə saxlanılması, yarana biləcək problemlərin operativ həlli və aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.




































































