Qaxda infrastruktur tədbirləri icra olunub
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qax rayonu ərazisində nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, eləcə də yol hərəkəti təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti infrastruktur tədbirləri icra olunub. Qax rayonu ərazisində avtomobil yollarında xətlənmə və yol nişanlarının yenilənməsi işləri aparılıb
Aparılan işlər çərçivəsində Qum dairəsindən Zaqatala rayonu istiqamətinədək olan avtomobil yolunda nişanlanma xətləri və müvafiq işarələr yenilənərək tam standartlara uyğun vəziyyətə gətirilib. Xüsusilə sözügedən yolun Güllük kəndindən keçən hissəsində xətlənmə işləri ilə yanaşı, lazımi yol nişanlarının çəkilməsi və quraşdırılması tam şəkildə yekunlaşdırılıb.
Həyata keçirilən bu yenidənqurma və tərtibat tədbirləri həmin istiqamətdə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, yol hərəkətinin daha mütəşəkkil təşkilinə xidmət edir.




































































