Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib
Prtnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Görüşdə "PMD Group" şirkətinin Tədarükçülərin İdarəedilməsi şöbəsinin rəhbəri Mətanət Çigaliyeva da iştirak edərək şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib, eyni zamanda iştirakçı şirkətlərin fəaliyyətləri ilə yaxından tanış olublar.

































































