“Rabitəbank” “Visa”nın dəstəyi ilə Gamer turniri keçirəcək
“Rabitəbank” “Visa”nın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. “Elektra Event Hall”da baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək komanda ruhu, strateji düşüncə və rəqabət atmosferini özündə birləşdirən xüsusi platforma təqdim edəcək.
Turnir iki mərhələdən ibarət olacaq. 11-21 noyabr tarixlərində keçiriləcək ilkin mərhələ onlayn kvalifikasiya formatında təşkil olunacaq. Bu mərhələdə komandalar finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlayn kvalifikasiyanı uğurla başa vuran komandalar isə 22 noyabr tarixində final mərhələsində qarşılaşacaqlar.
Turnirdə iştirakın əsas şərtlərindən biri komanda üzvlərinin “Rabitəbank”ın “Kartmane Gamer” kartına sahib olmasıdır. Hazırda davam edən kampaniya çərçivəsində “Kartmane Gamer” kartını noyabr ayının sonunadək ödənişsiz sifariş etmək mümkündür.
Yarışın yekun nəticələrinə əsasən birinci yeri tutan komanda 2500 manat, ikinci yeri tutan komanda 1500 manat, üçüncü yeri tutan komanda isə 1000 manat məbləğində pul mükafatı qazanacaq.
“Rabitəbank” tərəfindən reallaşdırılan layihənin əsas məqsədlərindən biri sürətlə inkişaf edən gaming mədəniyyətinə dəstək göstərmək, oyun həvəskarları üçün peşəkar və rəqabətli mühit yaratmaq, eyni zamanda gənclərin maraq göstərdiyi müasir rəqəmsal istiqamətlər üzrə yeni təcrübələrin formalaşmasına töhfə verməkdir.
Tədbir gaming atmosferinin, canlı rəqabətin və komanda təcrübəsinin bir araya gəldiyi xüsusi görüş məkanı rolunu oynayacaq. Müxtəlif komandaların eyni məkanda qarşılaşması iştirakçılara həm öz oyun bacarıqlarını nümayiş etdirmək, həm də gaming icmasının digər üzvləri ilə ünsiyyət qurmaq imkanı yaradacaq.
Turnirdə iştirak etmək istəyən komandalar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. İştirak və qeydiyyat üçün linkə keçid edə bilərsiniz.
“Kartmane Gamer” haqqında
“Kartmane Gamer” “Rabitəbank”ın oyunsevərlər və rəqəmsal platformalardan aktiv istifadə edən gənclər üçün hazırladığı xüsusi kart məhsuludur. Kart rəqəmsal ödənişlər üzrə 5 faizədək keşbek, kart qalığına illik 4 faiz gəlir, 7 illik istifadə müddəti, manat, dollar və avro valyutalarında istifadə, eləcə də istənilən ATM-də aylıq 2000 manat/dollar/avroyadək komissiyasız nağdlaşdırma imkanı təqdim edir.
“Kartmane Gamer” ölkədə ilk dəfə LED texnologiyalı kart kimi təqdim olunur və innovativ dizaynı ilə gamer auditoriyasının rəqəmsal həyat tərzinə uyğun fərqli istifadəçi təcrübəsi yaradır.
Kart sifarişi üçün linkinə keçid edə bilərsiniz.



































































