PAŞA Real Estate əməkdaşlarının 4 layihəsi “WeStart” proqramının növbəti mərhələsinə keçib
“PAŞA Real Estate Qrup”un əməkdaşları tərəfindən təqdim olunan dörd layihə “PAŞA Group” əməkdaşları üçün nəzərdə tutulan innovasiya proqramı “WeStart”ın “WeSketch” mərhələsinə keçib.
“WeStart” proqramı əməkdaşların innovativ ideyalarını inkişaf etdirmələrinə, onları real məhsula çevirmələrinə, eləcə də sahibkarlıq sahəsində bilik və təcrübə qazanmalarına şərait yaradır.
Bu il proqram ilk dəfə olaraq beynəlxalq nüfuza malik “IE Business School” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Əməkdaşlıq iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq və proqramı uğurla başa vurduqdan sonra birgə sertifikat əldə etmək imkanı verir.
“PAŞA Real Estate Qrup” əməkdaşlarının layihələrinin növbəti mərhələyə keçməsi onların innovativ ideyalarının inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Layihə iştirakçıları təbrik edilib, onlara proqramın qarşıdakı mərhələlərində uğurlar arzulanıb.

































































