Cəlilabadda təmizlik təsərrüfatının maddi-texniki bazası gücləndirilir

Hit: 180
Cəlilabadda təmizlik təsərrüfatının maddi-texniki bazası gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, kommunal infrastrukturun müasirləşdirilməsinə, şəhər, rayonlarda xidmətlərin keyfiyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının davamı olaraq Cəlilabad rayonunda təmizlik təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
 
Bu məqsədlə Cəlilabad Rayon İcra Hakimiyyətinə tutumu 22 kubmetr olan 1 ədəd xüsusi texnika ayrılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodunda istehsal edilmiş texnika əvəzsiz olaraq Cəlilabad Kommunal Müəssisələr Kombinatına təqdim edilib.
 
Məişət tullantılarının toplanması və daşınması üçün nəzərdə tutulan yeni texnikanın istifadəyə verilməsi rayon ərazisində kommunal xidmətlərin daha operativ və səmərəli təşkilinə, tullantıların vaxtında daşınmasına, küçə və ictimai ərazilərin təmizliyinin qorunmasına, eləcə də sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.
Cəlilabad rayonunda təmizlik və abadlıq işlərinin davamlılığının təmin edilməsi, ətraf mühitin mühafizəsi və sakinlər üçün sağlam yaşayış mühitinin yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.






Redaktorun seçimi