Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Hit: 176
Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib.
 
Görüş gömrük sistemində aparılan təkmilləşdirmələr, tətbiq edilən yeniliklər barədə hədəf qruplarının məlumatlandırılması məqsədilə təşkil olunub.
 
Görüşdə gömrük bəyannaməsinin təqdim edilməsi, gömrük prosedurları, gömrük borcu, əqli mülkiyyət, xarici ticarət iştirakçıları üçün güzəştlər və hüquqlar, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi və digər dəyişikliklər barədə ətraflı məlumat verilib.
 
Həmçinin gömrük nəzarətinin təkmilləşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində tətbiq edilən yeniliklərdən bəhs olunub, təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.






Redaktorun seçimi