Yevlaxda pambıq yığımına başlanılıb

Hit: 156
Yevlaxda pambıq yığımına başlanılıb
Bu münasibətlə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, “Prime-Cotton” MMC-nin baş əməliyyat direktoru Fuad Əliyev və “Prime-Cotton” MMC-nin Bərdə regionunun idarəetmə rəhbəri Amil Rəşidovla birlikdə rayonun Yeni Çobankərə kəndində fermer Kamran Əsgərovun pambıq sahəsinə baxış keçirib. Şəhər İcra Hakimiyyətinin Başçısı yığım prosesinin gedişi və mövcud vəziyyətlə tanış olub , müvafiq tövsiyələr verib.
 
Qeyd olunub ki, pambıqçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi və fermerlərin fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına mühüm töhfə verir.






Redaktorun seçimi