Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Hit: 159
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan şəhərinin bir sıra küçə və məhəllərində yol infrastrukturunun yenilənməsi istiqamətində işlər həyata keçirilir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 58-ci məhəllədə əsaslı təmir işlərinə başlanılıb.
 
Agentlikdən bildirilib ki, hazırda ilkin mərhələyə uyğun olaraq yararsız qruntun qazılaraq çıxarılması, yol yatağının genişləndirilməsi və yol əsasının möhkəmləndirilməsi işləri həyata keçirilir.
 
Layihənin növbəti mərhələsində isə yolun asfalt-beton örtüyü ilə təmin olunması nəzərdə tutulur.
 
Qeyd edək ki, uzunluğu 17,5 kilometr olan layihə Naxçıvan şəhərinin Səməd Vurğun, Nəcməddin Naxçıvani, Məmməd Hüseyn Şəhriyar–Həsən Rəhmanov küçələrini, həmçinin 58–61-ci məhəllələri əhatə edir.






Redaktorun seçimi