“Gələcəyin Kənd Təsərrüfatı 2026: Elm, innovasiya və dayanıqlılıq” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək

Hit: 168
“Gələcəyin Kənd Təsərrüfatı 2026: Elm, innovasiya və dayanıqlılıq” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, “Regional Expo Gəncə 2026” çərçivəsində “Gələcəyin Kənd Təsərrüfatı 2026: Elm, innovasiya və dayanıqlılıq” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.
 
Konfrans 20 noyabr 2026-cı il tarixində təşkil olunacaq.
 
Konfransın keçirilməsində məqsəd aqrar sektorun gələcək inkişaf istiqamətlərini müzakirə etmək, innovativ və rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi imkanlarını araşdırmaq, dayanıqlı və iqlimə davamlı istehsal modellərini təşviq etmək, elmi tədqiqatların nəticələrinin aqrar istehsala və biznes mühitinə tətbiqini genişləndirməkdir.






Redaktorun seçimi