Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Bu ilin sentyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 min 706 nəfər olub.
Dövlət Sosial Müdafiə Fondundan Faktor.az-a verilən məlumata görə, onların 116 min 104 nəfəri yaşa, 12 min 510 nəfəri əlilliyə, 23 min 92 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.




































































