VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər - İSB
Oktyabrın 3-də saat 18:00-dan etibarən İcbari Sığorta Bürosunda (İSB) təxminən 4 saat müddətində VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlərdə müvəqqəti əlçatmazlıq yarana bilər.
Faktor.az xəbər verir ki, bu barədə İSB məlumat yayıb.
“Buna səbəb aidiyyəti qurum tərəfindən aparılacaq texniki işlərdir”, - deyə məlumatda bildirilir.





































































