"Axşam ziyafəti və B2B" görüş baş tutub
"MG Transport" şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə "Shakespeare" restoranında "Axşam ziyafəti və B2B" görüş baş tutub.
Görüşdə hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
"MG Transport" şirkətinin nümayəndəsi Orxan Kazımov şirkət haqqında təqdimat edib.
Qeyd edək ki, “MG Transport” Türkiyədə logistika sektorunda 16 ildir fəaliyyət göstərən “2K Hədəf” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəliyidir. “MG Transport” Avropa, Asiya, Birləşmiş Ərəb Əmirlikləri və dünyanın dörd bir yanından multimodal daşımalar həyata keçirir.





































































