“mygov” platforması ilə bağlı maarifləndirici təlim keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində dövlət xidmətlərinin daha rahat, sürətli və əlçatan şəkildə göstərilməsi, sakinlərin müasir rəqəmsal xidmətlərdən istifadəsinin genişləndirilməsi məqsədilə yenilənmiş “mygov” platforması barədə maarifləndirici təlim keçirilib.
Təlimdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Təlimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişafın, elektron dövlət xidmətlərinin və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən geniş bəhs edilib. Bildirilib ki, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunun artırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindən biridir.
Təlimin gedişində iştirakçılara “mygov” platforması geniş funksional imkanları, tətbiq üzərindən təqdim olunan elektron xidmətlər və istifadə qaydaları barədə ətraflı məlumat verilib. Platformanın vətəndaşların dövlət xidmətlərindən daha rahat, sürətli və məsafədən yararlanmasına yaratdığı imkanlar diqqətə çatdırılıb, sakinlərin “mygov” platformasından istifadəsinin üstünlüklərindən geniş bəhs olunub. Bildirilib ki, tətbiq vətəndaşlara bir sıra dövlət xidmətlərinə vahid rəqəmsal platforma üzərindən çıxış əldə etməyə, xidmətlərdən istifadə prosesini sadələşdirməyə və vaxt itkisini azaltmağa imkan verir.
Təlimdə “mygov” platforması üzərindən təqdim olunan xidmətlərdən istifadənin təşviqinin vacibliyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, rəqəmsal xidmətlər barədə əhalinin məlumatlandırılması və bu xidmətlərdən istifadənin genişləndirilməsi dövlət xidmətlərinin daha əlçatan və çevik formada təqdim olunmasına şərait yaradır.
Eyni zamanda rəqəmsal transformasiya prosesinin vətəndaşların dövlət xidmətlərindən istifadəsini asanlaşdırdığı, xidmətlərin çevikliyini və əlçatanlığını artırdığı vurğulanıb, “mygov” platformasının də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi vətəndaşlara müasir və rahat xidmət imkanları təqdim etdiyi qeyd olunub.
Təlim çərçivəsində tətbiqin funksional imkanları praktiki nümunələr əsasında nümayiş etdirilib, əməkdaşların sualları cavablandırılıb və “mygov” platformasından səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.
Sonda qeyd olunub ki, “mygov” platformasından istifadənin genişləndirilməsi və əhalinin bu xidmətlər barədə məlumatlandırılması dövlət xidmətlərinin rəqəmsal mühitdə daha səmərəli təşkilinə, vətəndaşların vaxtına qənaət edilməsinə və xidmətlərə əlçatanlığın artırılmasına mühüm töhfə verəcək.


































































