"Advera" şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə tədbir keçirilib

Hit: 156
"Advera" şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə tədbir keçirilib
"Aztelco"nun tərkibində fəaliyyət göstərən "Advera" şirkətinin və Marsol Group-un birgə təşkilatçılığı ilə “Başkent” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.
 
İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb.
 
"Aztelco" şirkətinin Biznesin İnkişafı üzrə rəhbəri Nasir Əkbərli İctimai nəqliyyat və əlaqəli məkanlarda reklam yerlərinin icarəsini rəqəmsal formada həyata keçirən vahid mərkəz  olan "Adgo" brendinin fəaliyyəti haqqında təqdimat edərək, sahibkarları ətraflı məlumatlandırıb.
Sonda 2026-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib. 






Redaktorun seçimi