Mübariz İbrahimov adına Təhsil Kompleksinə kitablar təqdim olunub

Hit: 153
Mübariz İbrahimov adına Təhsil Kompleksinə kitablar təqdim olunub
Prezident Kitabxanasının hədiyyə fondundan Mübariz İbrahimov adına Təhsil Kompleksinə kitablar təqdim olunub.
 
Təqdimat mərasimində Mübariz İbrahimov adına Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Prezident Kitabxanasının direktoru Afət Abbasova, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova,  Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev,  Biləsuvar Rayon Təhsil Sektorunun müdiri Müşfiq Dadaşov, Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü Məktəb-liseyin direktoru Mehman Əliyev, Biləsuvar şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elşən Ağazadə və müəllimlər iştirak ediblər.
 
Kompleksin icraçı direktoru Aqşin Bağırov çıxış edərək kitabların kitabxanaya təqdim olunmasına və təhsil müəssisəsinə göstərilən diqqətə görə Afət Abbasovaya təşəkkürünü bildirib. Qeyd edib ki, bu nəşrlər şagirdlərin milli tarix və dövlətçilik irsi haqqında biliklərinin genişləndirilməsinə, müəllimlərin müasir pedaqoji yanaşmalarla tanışlığına və peşəkar inkişafına, eləcə də məktəbdə psixoloji xidmətin və məktəbəqədər təhsilin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Afət Abbasova kitabların təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmasının əhəmiyyətindən danışıb. O, nəşrlərin şagirdlərin dünyagörüşünün genişlənməsinə, mütaliə vərdişlərinin formalaşmasına və müəllimlərin peşəkar inkişafına töhfə verəcəyini vurğulayıb.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxışında təhsil müəssisələrinə göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb. O, kitabların şagirdlərin bilik və dünyagörüşünün artırılmasında, mütaliə mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib. Ləman Yüzbaşova Prezident Kitabxanasının hədiyyə fondundan təqdim olunan nəşrlərin təhsil müəssisəsinin kitabxana fondunu zənginləşdirəcəyini və müəllimlərlə şagirdlərin istifadəsi üçün dəyərli mənbə olacağını qeyd edib.
 
Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev çıxışında təhsil prosesində mütaliənin, müasir metodik vəsaitlərin və zəngin kitabxana fondunun roluna toxunub. O, bu cür təşəbbüslərin təhsil müəssisələrində bilik mühitinin inkişafına və müəllimlərin metodiki imkanlarının genişlənməsinə xidmət etdiyini qeyd edib.
Biləsuvar Rayon Təhsil Sektorunun müdiri Müşfiq Dadaşov isə çıxışında kitabların şagirdlərin milli-mənəvi dəyərlər, tarix və dövlətçilik irsi haqqında biliklərinin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, təhsil müəssisələrinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və hədiyyə olunan nəşrlərin müəllim və şagirdlər üçün faydalı mənbə olacağını vurğulayıb.






Redaktorun seçimi