İCMA nümayəndələri İstanbul Ticarət Odasında görüş keçiriblər
İstanbulda işgüzar səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və “Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri İstanbul Ticarət Odasını (İTO) ziyarət ediblər.
Səfər çərçivəsində İTO-nun Baş katibi Prof. Dr. Nihat Alayoğlu ilə görüş keçirilib. Görüş zamanı tərəflər arasında tanışlıq xarakterli fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin inkişafı və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr baş tutub.
Görüşün sonunda İCMA və İstanbul Ticarət Odası arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Bu görüş Azərbaycan və Türkiyə işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən səfər proqramının mühüm hissələrindən biri olub.



































































