Azərbaycan nümayəndə heyəti MDB iştirakçı dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 30-cu iclasında

Hit: 154
Azərbaycan nümayəndə heyəti MDB iştirakçı dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 30-cu iclasında
Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş 30-cu iclasında iştirak edib.
 
İclasda çıxış edən nümayəndə heyətinin rəhbəri Şuranın Bakıda keçirilmiş sonuncu iclasından ötən müddət ərzində Azərbaycan Respublikasında miqrasiya sahəsində mövcud vəziyyət, bu sahədə milli qanunvericiliyə edilmiş dəyişikliklər, habelə tənzimlənməyən miqrasiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Çıxış zamanı miqrasiya proseslərinin səmərəli idarə olunması məqsədilə ölkəmizdə müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirildiyi bildirilib. Bu çərçivədə məlumat bazaları, elektron xidmətlərin genişləndirilməsi və miqrasiya proseslərinin rəqəmsal həllər vasitəsilə idarə olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
 
Tədbir zamanı iştirakçı dövlətlərin nümayəndələri tərəfindən gündəliyə daxil edilmiş məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.






Redaktorun seçimi